Xaricde Tehsil

IELTS ilə xaricdə təhsil

Xaricdə təhsil almaq, karyera qurmaq əksər insanların arzusudur. Bunun üçün isə mütləq şəkildə ingilis dilini bilmək tələb olunur.
Bu dil biliyini təsdiqləmək üçün müxtəlif proqramlar mövcuddur hansılar ki, əksər ölkələrdə qəbul olunub. Amma onlar arasında daha məşhuru, dünyanın 10.000 -dən çox təşkilatı tərəfindən qəbul edilən ən önəmli İngilis dili imtahanı olan IELTS-nı seçilir. IELTS universitetlərə, məktəblərə, kolleclərə və digər ali təhsil müəssisələrinə sənəd verməyə kömək edir.                                                 

IELTS nədir?

İELTS termininin açıqlaması –  International English Language Testing System, yəni Beynəlxalq İngilis Dili Test Sistemi deməkdir.

Xaricdə təhsil almaq istəyən hər bir tələbə IELTS nədir və ya IELTS imtahanı necə verilir deyə çoxlu suallar verir. Tələbələrin IELTS imtahanı ilə bağlı düşündürən bütün suallara aydınlıq gətirəcəyik.

İELTS nə işə yarayar? Harada keçərlidir?

Öncə qeyd etdiyimiz kimi, İELTS ingilis dilinin biliyini yoxlayan testidir. Dünyanın demək olar ki, bütün ölkələrində son dərəcə vacib və etibarlı bir imtahandır.  İlk dəfə 1980-ci ildə tətbiq edilən bu test, Amerika mərkəzli bir test olan TOEFL testindən fərqli olaraq İngiltərə mərkəzlidir.

İELTS testi 1400dan çox ölkədə istifadə olunur. Məsələn, İngiltərə, Kanada, Yeni Zelandiya və Amerika kimi ölkələrdə çox vacib test olaraq sayılır. 

IELTS, bundan əlavə Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərə hökumətləri tərəfindən miqrasiya məqsədləri üçün etibar edilən yeganə testdir.

Həmçinin İELTS ingilis dilində ünsiyyət saxlamaq bacarığını qiymətləndirmək üçün danışıq imtahanıdır.

İELTS ilə xaricdə təhsil üçün öncə məqsədi qərar vermək lazımdır

IELTS imtahanında iştirak edəcək tələbələr əvvəlcə hansı məqsədlə imtahanda iştirak edəcəklərinə qərar verməlidirlər.  Çünki iki cür IELTS imtahanı var.  Onlardan biri general(ümumi), digəri isə akademikdir.  Akademik test, akademik dilinizi ölçmək üçün verilən imtahanın adıdır. Universitet və ya magistr təhsili almaq üçün xaricdə təhsil almaq istəyən tələbələr bu növdən istifadə etməlidirlər.


Xaricə təhsil almaq üçün İELTS ilə hansı imtahan verilməlidir?

İELTS ilə xaricdə təhsil almaq üçün akademik imtahanı vermək lazımdır.

İELTS akademik imtahanı 4 hissədən ibarətdir. Listening (Dinləmə), Reading (Oxuma), Writing (Yazma) bölmələri eyni gündə, Speaking (Danışma) bölməsi isə fərqli gündə keçirilir. İmtahan yazılı şəkildə keçirilir.

IELTS Listening(dinlləmə) – 4 hissədən ibarət olan imtahanda 40 sual təqdim edilir. 30 dəqiqə davam edən imtahanın hissəsində 1 səs yazısı dinlənilir və suallar müvafiq olaraq cavablandırılır. Burada müxtəlif tipli suallar olduğu üçün namizədlərin diqqətli olması vacibdir . Listening bölməsində də hər sual 1 balla qiymətləndirilir və səhv cavab düz cavablara təsir etmir

.

IELTS Academic Reading– namizədə Akademik mətni oxuyub cavablandırmaq üçün müxtəlif IELTS Reading(İELTS oxuma) tipli suallar təqdim edilir. İmtahan 60 dəqiqə davam edir. Suallar 40 ədəd olur və 3 mətn üzrə bölüşdürülür. 1-ci mətn digərlərinə nisbətən ən asan olanıdır. 3-cü mətn isə ən çətin hesab olunur. IELTS Reading hazırlığında elmi məqalələr və elmi kitablar oxumaq, davamlı mütaliə etmək tövsiyə olunur. Çünki burada suallar qəzetlərdən, maqazin jurnalları və elmi jurnallardan götürülür. Hər sual 1 bal-dır. Sualları cavab vərəqinə köçürmək üçün listening-dən fərqli olaraq əlavə vaxt ayrılmır.

IELTS Academic Writing(yazı imtahanı) – imtahan 60 dəqiqə davam edir və iki hissədən ibarət olur. 1-ci hissədə tələbə qrafik, cədvəl, diaqram və xəritə kimi visual məlumatı əks etdirən materialı təsvir və izah etməlidir. 1- ci hissə üçün 20 dəqiqə vaxt verilir. Və namizəd minimum 150 sözdən istifadə etməlidir
.

2-ci hissə – Essay (inşa) şəklindədir və verilmiş fikir, arqument və ya problem haqqında namizədin təhlilini, təklifini və ya fikrini əks etdirməsi tələb olunur.

IELTS Writing-in qiymətləndirilməsi hər hissə üçün ayrılıqda aparılır və 2-ci hissəyə (essay-inşa) daha çox bal verilir. Yəni namizədin 2-ci hissədəki nəticəsi ümumi Writing nəticəsinin əsas hissəsini təşkil edir.

IELTS Speaking – Danışıq testi 3 əsas hissədən ibarətdir və namizədin səsi imtahan götürən şəxs tərəfindən (examiner) tərəfindən qeydə alınır.

  Danışıq testində önəmli məqamlar bunlardır:

🔹 Fluency and coherence  – Səlis danışıq və mövzu ilə əlaqəlilik.

🔹 Lexical resource – Leksik resurslardan istifadə.

🔹 Grammatical range and accuracy – Qrammatik qaydalara riayət və dəqiqlik.

🔹 Pronunciation – Tələffüz.

İELTS General – , gündəlik dilinizi ölçən bir janrdır.  İngilis dilli bir ölkəyə iş və ya immiqrasiya üçün müraciət edəcəksinizsə, bu növü seçməlisiniz.  Bundan əlavə, bu imtahanda nəzərə alınmalı olan başqa bir məqam, imtahanın 9 bal üstündə  qiymətləndirildiyidir.   IELTS General imtahanı IELTS Academic imtahanı ilə eyni struktura malik olsa da, qiymətləndirmə sistemi bir az fərqlidir və oxuma (reading) və yazma (writing) bölmələri daha ümumi və sosial məsələləri əhatə etdiyi üçün nisbətən asandır.

Məktəblər ümumiyyətlə 6 və ya 6.5 bal qəbul etsələr də, bəzi məktəblər bu limiti 7 və ya 7.5 səviyyəsində tələb edə bilərlər.

Hamını maraqlandıran İELTS balı

IELTS imtahanının ballarının nə demək olduğu  və necə hesablandığı da çox maraqlıdır. Əgər nəticəniz 4 bal olarsa, ingilis dilinin məhdud istifadəsi deməkdir, 6 bal əlverişli istifadə,  9 bal isə əla istifadəçi deməkdir.  6.5 balı ümumiyyətlə məqbul olsa da, nə qədər yüksək balınızı olsa, sizin üçün bir o qədər yaxşıdır və universitetə qəbulda öz rolunu göstərəcək.

3.5/5 - (8 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button