Xelil Rza Uluturk haqqinda melumat
Xelil Rza Uluturk haqqinda melumat Tehsil.com.az-da təqdim olunur. Azərbaycanın görkəmli şairlərindən olan Xəlil Rza Ulutürkün şeirləri dillər əzbəridir. Sevə-sevə oxuduğumuz və söylədiyimiz bu şeirlərin müəllifi olan Xelil Rza Uluturk haqqinda melumat sahibi olaraq, bu dahi şəxsiyyəti daha yaxından tanıya bilərik.
Xəlik Rza Ulutürk kimdir?
Xəlil Rza Ulutürk Azərbaycanlı şair, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan respublikasının xalq şairidir.
Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 saylı Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi.
Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur.
cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olması onun qarşısında geniş yaradıcılıq imkanı açır. 1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqının Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kursuna göndərilir. 1959-cü ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspiranturaya daxil olaraq təhsilini davam etdirib.
1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət
“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur.
1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətlər barədə xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrə görə həbs olunub. Həmin ilin yanvar ayının 26-da vətənpərvər şair Xəlil Rza SSRİ Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları tərəfindən həbs edilir. Moskvayada yerləşən Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittihamlar şairin güclü iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair “Lefortovo gündəliyi” ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb. Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur.
1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb.
Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.
Mən bilirəm dünyaya elə bir gün gələcək:
Dağlara səs salacaq yalnız ovçu gülləsi.
Lakin o zaman belə qəlbimdə dillənəcək
Bakıda yerə hopmuş qanların şəlaləsi.
Moskva, Lefortovo zindanı, 10 fevral 1990.
1994-cü il iyunun 22-də xalqın sevimli şairi dünyaya əbədi gözlərini yumur. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk vəfatından sonra “İstiqlal” ordeni ilə təltif edilir.
“Oğul atadan gördüyünü götürər” məsəli boşuna deyilməmişdir. Atası kimi Azərbaycanı dərin məhəbbətlə sevən Təbriz, öz canını da vətən uğrunda verməkdən çəkinmir. Xəlil Rza Ulutürkün oğlu Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi Qarabağın naxçivanik civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid olur. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
ƏSƏRLƏRİ
- Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
- Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
- Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
- Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
- Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
- Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
- Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
- Türkün dünyası. Bakı: “Qorqud” nəşriyyatı, 1994, 351 səh.
- Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
- Bağışla, ey Vətən. Bakı: “Qorqud” nəşriyyatı, 1996, 146 səh.
- Ömür kitabını yazan şairə. Bakı: “Mütərcim” nəşriyyatı, 1998, 110 səh.
- Lefortovo zindanında. Bakı: “Azərbaycan” Nəşriyyatı, 1998, 240 səh.
- Xəlil Rza: Seçilmiş əsərləri, iki cilddə. “Şərq-Qərb” Nəşriyyatı, 2005.
- Xəlil Rza: Seçmələr. Bakı: “Kitab Klubu”, 2015.