Xaricde Tehsil

Türkiyə universitetləri haqqında bunları mütləq bilməlisiniz!

Hər bir gəncin uğurlu olmaq xəyalları və hədəfləri vardır. Bu yolda hərkəs fərqli istiqamətlərlə irəliləməyi seçər. Çünkü bir çoxumuzun öz arzularına uyğun yaşamaq istədiyi həyat şərtləri, arzular planı, məqsədlər siyahısı da müxtəlifdir. Günümüzdə karyera yoluna Türkiyə universitetləri istiqamətindən başlayan minlərlə tələbə var. Onları üst-üstə düşən xəyalları, inkişaf əzmləri, çəkilən zəhmətləri, dünyanı kəşf etmək eşqi, uğurlu karyera hədəfləri bir nöqtədə birləşdirir. 

Türkiyə universitetləri haqqında qısa məlumat

Türkiyədə ümumilikdə 209 universitet fəaliyyət göstərir. Bunlardan 131-ni dövlət universiteti (11 texniki universitet, 2 təsviri incəsənət universiteti və 1 yüksək texnologiyalar institutu, həmçinin Jandarma və Sahil Mühafizə Akademiyası, Polis Akademiyası və Milli Müdafiə Universiteti) və 75-ni vəqf universiteti təşkil edir. Universitetlərdən başqa 5 peşə məktəbi də fəaliyyət göstərir. Universitetlər hər il minlərlə xarici tələbələrə öz qapılarını açır. Gənclər bakalavr, magistratura, doktorantura olmaqla istənilən təhsil növü üzrə (əyani, qiyabi, distant) təhsildən yararlana bilir. Bundan başqa bütün təhsil pillələri üzrə gənclərə ödənişsiz, burslu, təqaüdlü təhsil almaq imkanları da yaradılır. 

Türkiyə universitetləri üzrə qəbul şərtləri necədir?

Ölkələr arasında tələbə mübadiləsinə önəm verən ölkələr siyahısında Türkiyə üstünlüyünü qoruyan dövlətlərdən biridir. Belə ki, qardaş ölkə əcnəbi tələbələr xüsusilə azərbaycanlı gənclər üçün tələbə adını qazanmaq şərtlərini sadələşdirməsi ilə seçilir. İstənilən yaş qruöu üzrə gənclər arzuladıqları universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsillərini davam edə bilər. Abituriyentlər YÖS, SAT kimi imtahanlardan uğurla keçərək yaxud sadəcə attestat sənədlərini təqdim edərək bakalavr təhsili üzrə tələbə adını qazana bilərlər. Bu zaman seçilən universitetlərdən asılı olaraq təhsil ödənişsiz, ödənişli, təqaüdlü və ya burslu ola bilər.

Türkiyə universitetləri tələbələrə hansı üstünlükləri vəd edir?

Avropaya meyilli təhsil formasına malik nüfuzlu Türkiyə universitetləri baloniya sisteminin tətbiqi ilə məzunlarını beynəlxalq diplomlarla təmin edir. Bu o deməkdir ki, əldə olunan diplomlar Avropada rəsmi şəkildə tanınır. Eyni zamanda Türkiyə universitetləri Erasmus, Farabi və Mövlana kimi bir çox tələbə mübadiləsi proqramlarını dəstəkləyir. Bundan başqa təhsillə yanaşı, təbii gözəllikləri, iqlimi, boğazları, mədəni zənginliyi, qonaqpərvərliyi ilə sevilən Türkiyə şəhərləri tələbələrə unudulmaz xatirələr vəd edir. Əlavə olaraq universitetlərdə ümumilikdə insanlar arasında türk və ingilis dilindən geniş istifadə olunması gənclər üçün əlavə iki yeni dili qısa zamanda öyrənməsini təmin edir.

Ən yaxşı Türkiyə universitetləri hansılardır?

Müasir standartlara cavab verən təhsil səviyyəsi, tələbələri, akademik heyəti, peşəkar müəllimləri və digər xüsusiyyətlərinə görə ən nüfuzlu Türkiyə universitetləri üzrə reytinq sıralamasını təqdim edirik.

  1. Hacettepe Universiteti
  2. İstanbul Universiteti
  3. İstanbul Teknik Universiteti
  4. Ankara Universiteti
  5. Orta Şərq Texniki Universiteti
  6. Ege Universiteti
  7. Qazi Universiteti
  8. Dokuz Eylül Universiteti
  9. Koç Universiteti
  10. Marmara Universiteti
  11. Atatürk Universiteti
  12. İstanbul Universiteti – Cerrahpaşa
  13. Yıldız Texniki Universiteti
  14. İhsan Doğramacı Bilkent Universiteti
  15. Fırat Universiteti
  16. Erciyes Universiteti
  17. Səlcuq Universiteti
  18. Qaradəniz Texniki Universiteti
  19. Boğaziçi Universiteti
  20. Çukurova Universiteti
Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button