Azeredu xaricde tehsil mərkəzi
“Gəncliyimdə elə bilirdim həyat bir sevincdir. Yetişdim və gördüm ki, həyat bir zəhmətdir. Zəhmət çəkdim və gördüm ki, zəhmət əsl sevincdir..” Bu sözlər məşhurlardan Tomas Karlayla məxsusdur. Keçmişdən bu günə qədər fərqli zamanlarda müxtəlif uğurlu simalar bu və ya buna bənzər cümlələr səsləndirib. Uzun illərdən bu günə qədər cəmiyyət gəncliyin əslində həyatımızın ən fundamental dövrü olduğunu və bu illəri mütləq mənada yüksək dəyərləndirməli olduğumuzu sübut etməyə çalışır. Məhz gəncliyin önəmini əsas tutaraq ölkəmizdə uğurlu kadrların formalaşması üçün səfərbər olan brendlərin siyahısına Azeredu şirkəti də qoşulur. Elə şirkətin ölkəmizin insan keyfiyyətini yüksəldəcək, təhsil sahəsində zirvəyə yüksəlmiş, etibarlı və brendləşmiş qurum olmaq vizyonu ilə fəaliyyətə başlaması bunun əsas göstəricilərindəndir. Gəlin görək, Azeredu şirkəti gənclərə hansı üstünlükləri qazandırır?, Hansı fürsətləri yaradır?, Uğurları nələrdir?…
Mərkəzin fəaliyyətə başlaması haqqında
Azeredu şirkəti 2011-ci ildə xaricdə təhsil üzrə konsultasiya vermək üçün Bakıda fəaliyyətə başlamışdır. Məqsəd gənclərin arzuladıqları ixtisaslar, ölkələr üzrə tələbə adını qazanmasına dəstək olmaq idi. Təbii ki, arzuların, hədəflərin olması kifayət deyil. Ən prespektivli seçimləri etmək, büdcənə , bacarıqlarına uyğun, yaşayış tərzinə, təqaüdlərə və s. görə vəziyyəti dəyərləndirib qərar vermək önəmlidir. Məhz bu çətin və məsuliyyətli mərhələdə Azeredu əməkdaşları artıq uzun illərdir ki, ödənişsiz xaricdə təhsil konsultasiyaları vasitəsi ilə gənclərə öz ilkin dəstəyini göstərir. Şirkətin missiyası şagirdlərin biliyi və məntiqi öyrənməsini, istənilən sistem və şəraitdə həmin biliklərdən istifadə edərək uğurlu nəticə əldə etmələrini və istədikəri ixtisas və universitetə daxil olmalarını təmin etmək məqsədi daşıyır.
Azeredu xaricdə təhsil mərkəzi gənclərə hansı xidmətləri təklif edir?
Azeredu şirkəti gənclərə müxtəlif istiqmaətlər üzrə xidmət göstərir ki, siyahıya aşağıdan nəzər yetirə bilərsiniz.
- YÖS Hazırlıq Kursları
- Türkçe Yeterlilik Sınavı
- DİM Buraxılış İmtahanları
- Xarici Universitetlərə müraciətlər
YÖS Hazırlıq Kurslarının məqsədi nədir?
YÖS – Yabancı Uyruklu Öğrenci Seçme Sınavı – Türkiyədə bakalavr pilləsində təhsil almaq istəyən əcnəbi gənclər üçün nəzərdə tutulan imtahan növüdür. Tək attestat sənədiylə qardaş ölkənin əksər universitetlərinə müraciətlər zamanı namizədlərdən bu imtahan üzrə imtahan sertifikatını tələb edir. Bu səbəbdən gənclərin imtahanlara daha peşəkar formada hazırlaşması Azeredu mərkəzi tərəfindən təşkil olunur. Beləliklə, YÖS Proqramı üzrə dərslər riyaziyyat, məntiq və həndəsədən ibarət olmaqla, həftədə 14 saat keçirilir. Şagirdlərə AzerEdu nəşrləri olan 5 ədəd dərs vəsaiti ödənişsiz təqdim olunur. Ayda 2 dəfə sınaq imtahanları keçirilir. Eyni zamanda YÖS qruplarında təhsil alan 11-ci sinif şagirdlərinə ödənişsiz türk dili dərsləri də tədris olunur. Xatırladaq ki, YÖS imtahanı adətən 80 sualı əhatə edir. Dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablamaq tələb olunur. Bəzi universitetlərdə YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.
Türkçe Yeterlilik Sınavı nə üçün lazımlıdır?
Türkçe Yeterlilik Sınavı da türk dili üzrə sertifikat əldə etməyi təmin edən imtahan növüdür. Türkçe Yeterlik Sınavı proqramına hazırlıq müddəti şagirdin bazasından asılı olaraq 1-3 aylıq müddəti əhatə edir.. Dərslər həftədə 2 dəfə tədris olunur. Qruplar maksimum 3-5 şagirddən ibarət olur. Bu imtahan növü də Türkiyə universitetlərinə qəbul olmağınız üçün tələb olunan imtahanlardan biridir.
DİM Buraxılış imtahanlarına hazırlıq kursları necə təşkil olunur?
Ölkəmizdə keçirilən buraxılış imtahanlarından gənclərin yüksək bal toplamaları üçün mərkəzimizdə hazırlıq kursları həyata keçirilir. Dərslər sentyabr ayından başlayaraq buraxılış imtahanına qədər davam edir. Hazırlıq müddətində hər ay DİM-in buraxılış imtahanlarına uyğun olaraq mövzu/ümumi sınaq imtahanları keçirlir. Dərslər hər bir şagirdin mənimsəmə formasına uyğun tədris olunur. Dərslər həftədə 7 saat olmaqla, Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnlərini əhatə edir. Şagirdlər mərkəzin xüsusi nəşri olan dərs vəsaitləri ilə təmin olunur.
Ümumilikdə mərkəzin tədris sistemi necə təşkil olunub?
Azeredu təhsil mərkəzi hər bir əməkdaşının xüsusi imtahanlar vasitəsi ilə işə qəbulunu həyata keçirir. Bu isə mərkəzdə fəaliyyət göstərən müəllimlərin peşəkarlıq dərəcəsinin yüksək olmasından xəbər verir. Növbəti mərhələdə tədris forması xüsusi metodlar və üsullarla həyata keçirilir. Ardıcıllıq aşağıdakı formada tənzimlənir.
- Şagirdlərin mənimsəmə formasına uyğun dərslər keçirilir
- Aydın olmayan hər mövzu ev tapşırıqları ilə təkmilləşdirilir
- Müəllimlər davamlı olaraq şagirdlərlə əlaqədə olur
- Dərslərin gedişatı barəsində valideynlər davamlı olaraq məlumatlandırılır
- Sınaq imtahanları təşkil olunur
- Şagirdlərin dərs xaricində də səmərəli çalışması üçün oxu zalı fəaliyyət göstərir.
- Şagirdin imtahanla bağlı stress probleminin aradan qaldırılması, dərs çalışma metodikasının qurulması və s. məsələlərə köməklik məqsədilə rəhbər-psixoloqlarımız fəaliyyət göstərir. Həm fərdi seanslar, həm də seminarlar ilə şagirdlərimizin həmin problemlərinin aradan qaldırılmasına köməklik göstərilir.
Xarici universitetlərə müraciətlər necə həyata keçirilir?
Azeredu xaricdə təhsil mərkəzində gənclərin bir sıra nüfuzlu universitetlərə qəbulları həyata keçirilir. Müraciət prosedurlarından başlayaraq son mərhələyə qədər namizədlərə tam dəstək göstərilir. Gəlin, xidmətlərlə daha ətraflı tanış olaq.
Ödənişsiz xaricdə təhsil konsultasiyaları
Gənclər ilkin olaraq xaricdə təhsil konsultasiyalarına dəvət olunur. Məsləhət saatları fərdi və ya qrup şəklində təşkil olunur. Burada namizədlərin arzuları, hədəfləri, bacarıqları, büdcəsi, yaşamaq istədiyi ölkələr, xəyal etdikləri universitetlər və s. olmaqla hərtərəfli müzakirələr aparılır. Konsultasiyada mərkəzin xaricdə təhsil alan mütəxəssisləri iştirak edir. Bu baxımdan namizədlər üçün daha prespektivli seçimlrin edilməsi şansı yüksək olur. Qeyd edək ki, konsultasiyalar üçün hər hansısa xüsusi ödəniş tələb olunmur.
Universitetlərə müraciət mərhələsi
Konsultasiyadan sonra artıq namizədin hansı ölkədə, universitetdə, ixtisasda təhsil alacağı dəqiqləşdirilir. Növbəti mərhələdə universitetlərə qeydiyyat mərhələsi başlayır. Bu zaman mərkəzin əməkdaşlarıyla birgə zəruri sənədlərin toplanmasına başlanılır. Universitetlərə müraciətlər bakalavr, magistratura və doktorantura olmaqla bütün təhsil pillələri üzrə həyata keçirilir. Həmçinin əyani və qiyabi tədris formasını seçmək də mümkündür.
Müraciətlər hansı universitetlər üzrə aparılır? Təqaüd qazanmaq şansı varmı?
Azeredu mərkəzində gənclərin Türkiyə və Avropa universitetlərinə qəbulları həyata keçirilir. Universitetə qeydiyyat zamanı tələbənin büdcəsi, təqaüd istəkləri və s. nəzərə alınır. Namizədlərin müxtəlif təqaüd proqramlarına qeydiyyatı təşkil olunur. Yaxud da, münasib təhsil haqqı təklif edən ali təhsil müəssisələrinə müraciətləri həyata keçirilir. Qeyd edək ki, əgər tələbə qərar verməkdə çətinlik çəkərsə onlar üçün universitetlərlə tanışlıq turları təşkil olunur. Tur zamanı universitet nümayəndəsi tərəfindən şagirdlərə universitet haqqında məlumat verilir və universitetlə tanışlıq həyata keçirilir. Tanışlıq məqsədi ilə yanaşı akademik məqsədlərlər də (imtahan turları, yay məktəbi və s.) turlar təşkil olunur.
Diplomlar tanınırmı?
Azeredu mərkəzi vasitəsi ilə namizədlərin qəbulları diplomları yalnız rəsmi formada tanınan ali təhsil ocaqları üzrə aparılır. Bu isə ölkəmizdə və Avropada beynəlxalq səviyyədə təsdiq olunan diplomları əldə edəcəyinizi göstərir.
Azeredu şirkəti hansı uğurlara imza atıb?
Azeredu şirkəti ölkəmizdə Türkiyəyə ən çox şagird göndərən təhsil mərkəzidir. Mərkəz 2011-2022-ci illər arasında 10000-dən çox şagirdin, 72 fərqli universitetdə tələbə adını qazanmasını təmin edib. Gələcəkdə bu rəqəmlərin daha da çoxalması əsas hədəflərdən biridir. Şirkətin uğurları ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Azeredu xaricdə təhsil mərkəzinin ünvanı haradadır?
- Fətəli xan Xoyski 169A (Baş ofis)
- Əlibəy Hüseynzadə 84 (Nizami filialı)
Azeredu şirkətində hansı universitetlərə qəbullar həyata keçirilir?
Mərkəz Türkiyə və Avropanın əksər nüfuzlu universitetlərinə qəbulları həyata keçirir.
Azeredu mərkəzində hansı hazırlıq kursları var?
- DİM buraxılış imtahanlarına hazırlıq
- YÖS, TYS, İELTS və s. kurslarına hazırlıq
Azeredu mərkəzində xarici universitetlərə qəbullar necə həyata keçirilir?
- Tək attestat sənədiylə bakalavr
- Tək bakalavr diplomuyla magistr təhsili almaq mümkündür.
Azeredu mərkəzinin əlaqə nömrəsi necədir?
Baş ofis – +99412 441 22 80/81, +99450 226 22 81 / +99455 226 22 81
Nizami Filialı – +994 12 595 22 80/81, +944 70 226 22 81