Azərbaycan Dili

Bağlayıcı

Köməkçi nitq hissəsi olan bağlayıcı sözlər,cümlələr,abzaslar və mətnlər arasında əlaqə yaradır, onların qrammatik cəhətdən bir  – birinə bağlayır. Məsələn: Mən oxuyurdum, o isə  şəhərin küçələrin gəzirdi. Akif də bu məsələni bilmişdi.

Sintaktik funksiyasına görə ( cümlədəki vəzifəsinə görə) bağlayıcılar iki yerə bölünür :

  1. Tabesizlik bağlayıcılar
  2. Tabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları bərabər hüquqlu üzvləri – cümlənin həmcins üzvlərini, elə cə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir.

Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir.

Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir. Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri müstəqil, o biri asılı ola  tərəflər arasında işlənir.

Bəzən bağlayıcılar təkcə sözləri və mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı – ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir – birinə bağlayır.

Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var:

1.Birləşdirmə bağlayıcıları : və, ilə (-la). Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu.

İlə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir – birinə bağlayır. Həmcins xəbərlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir. Və bağlayıcısı ilə bağlayıcısını həmişə əvəz edə bilər. Və  bağlayıcısı tabesiz mürəkkəb cümləni, həmcins felləri və bəzən də təyinləri bir – birilə əlaqələndirdilər ilə bağlayıcısı onu əvəz edə bilmir.

2.Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Mən danışırdım, o isə qulaq asmırdı.Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.

3. Bölüşdürmək bağlayıcıları : ya, ya da ki,və ya, və yaxud, yaxud da gah, gah da, gah da ki, istər, istərsə də. Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.

4.İştirak bağlayıcıları : həm, həm də, həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, – da (də).  Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı hətta Cahan xala da məclisə gəlmişdi.

5.İnkar bağlayıcıları : nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur. İnkar bağlayıcıları felləri bir birinə bağlayanda – ma (mə) inkar şəkilçisini,başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcılarının işləndiyi cümlədə xəbər, əsasən təsdiqdə olur.

6.Aydınlaşdırma bağlayıcıları : yəni, məsələn.  Bunların bizə, yəni Alim oğullarına heç bir aidiyyatı yoxdur. Burada xeyli ziyalı, məsələn : H. Zərdabi, M. F. Axundzadə, N. Vəziri  cəmlənmişdi.

Tabelilik bağlayıcılarının mənaca növləri isə bunlardır:

1.Aydınlaşdırma bağlayıcıları : ki, belə ki.  Məs:Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hanı narazı idi belə ki, müdirlə dil tapa bilmirdilər.

2.Səbəb bağlayıcıları : çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs : Oxumadım, çünki vaxtım yox idi. Ondan ötrü getdim ki, bunları gözləmirdim.

3 Güzəşt bağlayıcıları :hərçənd, hərçənd ki və s. Məs: Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər. ( H. Heyne).

4.Şərt bağlayıcıları : əgər, hərgah,madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs. :Əgər sinəmizlə cəbhə yarmasaq…. Madam ki gəlmir, demək bizi saymır. Tez getməliyik, yoxsa gecikərik.

2.6/5 - (280 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button