Gurcustanda tehsil
Gurcustanda tehsil almaq heç də çətin deyildir. Bizim vasitəmizlə bütün prosedurlar haqqında ətraflı məlumatlar əldə edə biləcəksiniz. Gurcustanda tehsil almağın yollarını, universitet seçimini və digər məlumatları bizdən öyrənəcəksiniz.
Gürcüstanda təhsil haqqında məlumatlar
İlk əvvəl qeyd edək ki, qonşu ölkələrdən olduğu üçün gediş-gəliş üçün viza tələb olunmur. Lakin bu şərtlər uzunmüddətli Gürcüstanda yaşayanlara aid deyil. Əgər ki, burada təhsil alacaqsınızsa, sizin üçün viza vacib olacaqdır. İqlimi mülayim olduğu üçün rahat yaşaya biləcəyiniz ölkələrdəndir. Eyni zamanda coğrafi mövqeyi və mədəniyyəti elədir ki, uyğunlaşmaqda problem yaşamayacaqsınız. Gəzməli-görməli yerləri də kifayət qədər olduğu üçün heç sıxılmayacaqsınız. Xaricdə təhsil almaq istəyənlər üçün Gürcüstan əla seçimlərdəndir deyə bilərik. Çünki maddi baxımdan da çox xərc çəkməyəcəyiniz ölkələrdən biridir.
Gurcustanda tehsil üçün hansı sənədlər tələb olunur?
Gurcustanda təhsil almaq üçün aşağıdakı sənədlərin toplanması vacibdir.
Bakalavr üçün:
- Atestat (gürcü dilinə tərcümə və təsdiq olunması vacibdir)
- Xarici pasport
- Şəkil – 3×4 -ə, 6 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum haqqında şəhadətnamə (gürcü dilinə tərcümə və təsdiq)
Magistr üçün:
- Bakalavr dərəcəsinin diplomu (gürcü dilinə tərcümə və təsdiq olunması vacibdir)
- Transkript – qiymət cədvəli ((gürcü dilinə tərcümə və təsdiq olunması vacibdir)
- Xarici pasport
- Şəkil – 3×4-ə, 4 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti
Doktoranturaya təhsili üçün:
- Bakalavr dərəcəsinin diplomu (gürcü dilinə tərcümə və təsdiq olunması vacibdir)
- Bakalavr transkript qiymət cədvəli (gürcü dilinə tərcümə və təsdiq)
- Magistr dərəcəsinin diplomu ((gürcü dilinə tərcümə və təsdiq)
- Magistr transkript qiymət cədvəli (gürcü dilinə tərcümə və təsdiq)
- Xarici pasport
- Şəkil – 3×4-ə, 6 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum haqqında şəhadətnamə (gürcü dilinə tərcümə və təsdiq)
Qeyd edək ki, bütün sənədlərin notarial qaydada təsdiqi mütləqdir.
Gürcüstanda hansi univeristetlər var? Gürcüstanda hansı universitetlərdə təhsil ala bilərsiniz?
- Gürcüstan Dövlət Texniki Universiteti
- Tiflis Dövlət Tibb Universiteti
- Tiflis Dövlət Universiteti
- Tblisi Open University
- Gori Universiteti
- Şota Rustaveli adına Batumi Dövlət Universiteti kimi prestikli Gurcustan univeristetlerinde təhsil ala bilərsiniz.
Gürcüstanda hansı ixtisaslar var?
Gurcustanda hansi ixtisaslar var sualınızın cavabı aşağıdadır.
- Tibb sahəsi üzrə – Stomatologiya, Farmasevtika, Fiziki Reabilitasiya, Səhiyyə, Gigiyena fakültələri,
- İnşaat sahəsi üzrə – Energetika və Rabitə, Kimyəvi Texnologiya, Memarlıq və dizayn, Geologiya, İnformatika və idarəetmə fakültələri,
- Menecment və biznes sahələri üzrə – Uçot və audit, Maliyyə və kredit, Sosialogiya və Politologiya, Psixologiya və Filologiya, Personalın idarəsi fakültələri,
- Hüquq, Dövlət İdarəçiliyi və siyasət, Kriminalogiya fakültələri vardır.
Gürcüstanda təhsil haqqları.
Gurcustanda tehsil haqqları olaraq;
- Gürcüstan Dövlət Tibb Universiteti – 4000-5000 azn
- Gürcüstan Dövlət Texniki Universiteti – 1330 – 1560 azn
- Personalın İdarəsi Üzrə Regionarası Akademiya – 1100-1400 azn
Grigol Robakidze Adına Universitet – 1800- 2500 azn müəyyənləşdirilmişdir. Təbii ki, təhsil haqqlarında hər il cüzi miqdarda dəyişikliklər gözlənilə bilər.
Gürcüstada təhsil müddəti.
Gurcustanda tehsil müddəti;
Pediatriya – 6 il
Stomotologiya – 5 il
Əczaçılıq – 5 il
Terapiya – 4 il.
Tibb sahəsi xaric digər ixtisaslar üzrə təhsil müddəti bakalavr üzrə 4 il, magistr üzrə 2 ildir.
Gürcüstanda yaşayış xərcləri.
Gürcüstanda tələbəlik həyatı çox maraqlıdır. Burada yaşayış xərclərinin az olması tələbələr üçün çox əlverişlidir. Tələbə yataqxanalarının aylıq kirayə haqqları 200-250 dollar arasında dəyişir. Bir çox yataqxanalarda bu qiymətə gündə 3 dəfə qidalanma, internet xidməti, təmizlik və kommunal daxildir. Təhsil haqqları isə universitet və ixtisasdan asılı olaraq 1000-1700 dollar arasında dəyişir. Təbii ki, bu qiymətlər tibb ixtisaslarına aid deyil. Həmin ixtisasların illik təhsil haqqlarını yuxarıda qeyd etdik. Təkrar olaraq qeyd edək ki, 2500-5000 dollar asında qiymətlər dəyişir.