Övlad haqqında şeir
Övlad haqqında şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Övlada aid 5 mənalı şeiri sizlər üçün bir araya topladıq. Bu şeirlərdə müqəddəs olan Ana-atanın övlad sevgisi, onların ən gözəl və ülvi arzuları xoş sözlərlə təsvir edilir. Həmçinin bir-birindən gözəl bu misralarda böyüklərimiz dəyərli öyüd və nəsihətlərinə də yer verilir.
1️⃣ BALAM
Mənim ay gözəl qızım,
Çiçək qızım,gül qızım.
Göylərdə dan ulduzum,
Mələk qızım,gül qızım.
Şirin sözüm-söhbətim,
Allahdan var istəyim.
Canım-gözüm ürəyim,
Toyunda söz söyləyim.
O günü gözləyirəm,
Səmimi istəyirəm.
Xoşbəxt olduğun günü,
Ürəkdən istəyirəm.
Xoşbəxt olsun,balalar,
Ağlamasın analar.
Balaların xoş günü,
Mənə ümid yaradar.
Ürəkdə arzum çoxdu,
Yazmağa yerim yoxdu.
Zəriş desə qurtarmaz,
Arzular sonsuz olmaz.
2️⃣ ÖVLAD ŞEIRI | Tural Əliyev
Bəlkə hələ dərk etmir,
Bəkədə bilmir çoxu,
Cənnətin qoxusudur,
Övladdan gələn qoxu.
Ölsəm də qəm etmərəm,
Yerimdə ümmətim var,
Pulum-param olmasın,
Övlad tək sərvətim var.
O elə ağlamaq sədasıdır ki,
Hər biri o səsin diləyindədir,
Yeri Anasının qolu olsa da,
Hər zaman Atanın ürəyindədir.
3️⃣ QIZIM | Sona Novruzova.
Xoş gəldin,qızım,sən həyatıma
İlk “ana” sözün yazıb adıma
Bügünkü kimi yaxşı yadımda
Açdın gözünü sən qucağımda
Diqqətlə baxıb biraz dayandın
Baxışınla sən məni tanıdın
Sonra yenidən gözünü yumdun
Sənin sehrindən mən ovsunlandım.
Yup-yumru əlin,girdə sifətin
Qonur gözlərin qoy təsvir edim
Yay istisində gəldin dunyaya
Bənzərin vardi göydəki aya
Yayin istisin öturdün mənə
O istiliyi qaytardım sənə.
Balaca canda bir dünya vardı
Ana qəlbimi sevgi sarıdı
Baxıb mənə sən çox əl-qol atdın
Yorulub axır mışılca yatdın.
Çox illər kecib indi o vaxtdan
Göz qırpımıtək otüsdü zaman.
İndi bir ana yatır qəlbində
Bir ana isə sənin dilində
Hər ikisinə qəlbin titrəyir
Onlardan sənə xos ətir dəyir
Ana balaın müqəddəs andı
Bala anaya şöhrətdi,şandı.
Ana baladan yaman narahat
Bala xoşbəxtsə olur çox rahat.
Ana və bala-qoşadır bu ad
Hər cur ləzzətdən öndədir bu dad.
Dünya qocadır,sevgi təzədir
Qoca dunyanı sevgi bəzədir
Qoşa sevgini tarix yasadır
Belə sevginin ömrü başadır.
4️⃣ OĞUL, YA QIZ |Naməlum
Oğul ya qız, fərqi nədir?
Hər ikisi can meyvəsidir.
Ata-ananın yenidən
Bu dünyaya gəlməsidir.
Ata kökdür, ana torpaq
Oğul budaq, qızsa yarpaq.
Dünya canlı xalıdır, bax,
İnsan onun ilməsidir.
Səni səndən alanı gör,
Çalış hər gün balanı gör
Bala Allah töhvəsidir.
Oğul pirdir, qızsa sirdir,
Oğul ürək, qız diləkdir.
Oğul bu dünyanın məhəbbətidir
Qız isə Allahın əmanətidir.
Əzizinəm şirindir,
Bala baldan şirindir.
Vallah heç kim deyə bilməz,
Oğul, ya qız şirindir.
Biri yurda çıraqdı,
Biri evə qonağdı.
Oğulu qızdan ayırmaq
Allah haqqı, günahdı.
Göy ulduzsuz olmasın
Çörək duzsuz olmasın.
Oğulun öz yeri var
Evlər qızsız olmasın.
Oğul gəlsin ad gəlsin,
Ya qız gəlsin, dad gəlsin
Hansı gəlir gəlsin, fərqi nədi?
Təki evə övlad gəlsin.
5️⃣ EHTİYACIM VAR | Şərafəddin İlkin
Qəlbimin oduyla isitdim sizi,
Hər yerdə başıma tac etdim sizi.
Əzab-əziyyətlə böyütdüm sizi,
Könlümdə gör neçə ağrım, acım var-
Mənim indi sizə sizə ehtiyacım var.
Daş, dəmir deyiləm, mən də bir canam,
Qoymayın həsrətdən qovrulam, yanam.
( “Oğul” deyə-deyə sızlayan anam,
“Qardaş” deyə-deyə yanan bacım var)-
Mənim indi sizə ehtiyacım var.
Dodağım gülüşsüz, sinəm dağlıdı,
Gözüm kiriyəndə könlüm ağladı.
Mənim xoşbəxtliyim sizə bağlıdi,
Nə olsun şöhrətdən başda tacım var-
Mənim indi sizə ehtiyacım var.
Sizi bu ərsəyə mən gətirmişəm,
Arzu istəyimə tən gətirmişəm,
Quş tək dimdiyimdə dən gətirmişəm,
Daha nə tərlanım, nə turacım var,
Mənim indi sizə ehtiyacım var.
Siz mənə Tanrıdan pay, balalarım,
Veriniz səsimə hay, balalarım.
Dərdiz mənə gəlsin, ay balalarım,
Sizsiz nə dərmanım, nə əlacım var-
Mənim indi sizə ehtiyacım var.
Oxşar yazılar:
Uşaqlara aid şeir
Ata seiri
Ata seiri