Xaricde Tehsil

Türkiyədə imtahansız magistratura təhsili mümkündür?

Deyirlər hər bir arzu insana onu həyata keçirməkdə yardımcı olacaq qüvvələrlə birgə verilir. Yəni xəyal qurmağı bacarırıqsa deməli onu reallaşdıra biləcək qədər cəsarətimiz və şansımız da var. Bəzən ətrafımızda xaricdə təhsi almaq xəyalı olan ancaq addım atmaqda çətinlik çəkən insanlarla qarşılaşırıq. Bir çox hallarda bu yetərli qədər məlumatlı olmadığımız hallarda baş verir. Yəni hansı addımları atmalı olduğumuz, necə seçim etməyin vacib olduğunu və s. bilmədikdə prosedurlar bir o qədər də mürəkkəb görünür. Ancaq bu heç də o qədər qarışıq mərhələ deyil. Bu gün sizin üçün faydalı olacağını düşünərək Türkiyədə magistratura imtahansız şəkildə hansı mərhələlərdən ibarət olduğunu izah edəcəyik. 

Türkiyədə imtahansız magistratura təhsili almağın hansı yolları var?

Qardaş ölkədə magistratura təhsili almağın iki üsulu vardır. Tezisli və Tezissiz. Hər iki proqram üzrə bakalavr diplomu ilə imtahanlarsız müraciət etmək mümkündür. Ancaq sizdən dil biliklərinizi göstərən imtahan nəticəsi tələb oluna bilər. (Məsələn, İELTS, TOEFL, YDS, TÖMER və s.)

Tezisli magistratura proqramı nədir?

Gələcəkdə təhsilini doktorantura pilləsi üzrə davam etdirmək istəyənlər tezisli proqramı seçmələri uyğundur. Çünkü tezisli magistratura təhsili bir növ akademik fəaliyyəti inkişaf etdirmək məqsədi daşıyır. Müraciətçilərin bakalavr təhsilinə dair GPA göstəricisi yəni ümumi ortalama bal göstəricisinin 80-dən yuxarı olması üstünlükdür. Universitetlərin qəbul zamanı müxtəlif tələbləri ola bilər. Buraya TOEFL, ALES, YDS imtahan göstəriciləri üzrə nəticələr daxildir. Ümumilikdə ilk olaraq hansı universitetdə təhsil almaq istədiyinizə qərar verərək, tələb olunan şərtlərə uyğun hərəkət etməyiniz faydalıdır. Ümumilikdə bil biliklərinizə dair nəticələrinizin əsas şərtlərdən biri olacağını unutmayın. Bundan başqa bu magistr proqramı üzrə dövlət universitetlərində təhsil almaq üçün bakalavr ixtisasınızla eyni yaxud yaxın istiqamətləri seçməyiniz lazımdır. 

Tezissiz magistratura proqramı nədir?

Tezissiz magistratura proqramına müraciətlər nisbətən daha asandır. Burada istədiyiniz ixtisas üzrə müraciət etmək mümkündür. Universitetlərin əksəriyyəti tələbələri bakalavr təhsilinə dair GPA nəticəsiylə qəbul edir. Tədris dili olaraq türk dili seçildiyi halda TÖMER yaxud digər türkcə biliklərinizi sınaqdan keçirən imtahan nəticəsi təqim etməyiniz tələb olunur. Yaxud ingilis dilli təhsil üçün TOEFL nəticəsi tələb oluna bilər. 

Hansı sənədlər tələb olunur?

Müraciət olunan universitetdən asılı olaraq zəruri sənədlər toplusunun siyahısı dəyişsə də, əksərən ümumi olaraq aşağıdakı sənədlər təqdim edilməlidir.

  • ALES imtahanı nəticəsi (tezisli proqram üçün)
  • Bakalavr diplomu
  • 4 cü kursda təhsil alan tələbələr universitetdən transkript və arayış
  • Xarici dil sertifikatı
  • CV
  • Fotoşəkil
  • 2 ədəd tövsiyyə məktubu
  • Şəxsiyyət vəsiqəsi

Türkiyədə qiyabi magistratura təhsili almaq mümkündürmü?

Dünyanın əksər ölkələrində olduğu kimi Türkiyədə də beynəlxalq tələbələr üçün qiyabi təhsil almaq imkanları yaradılır. Qiyabi təhsil işinizə mane olmadan karyera yüksəlişinə çata biləcəyiniz tədris formasıdır. Eyni zamanda daha az maddiyat xərcləyərək nüfuzlu universitetlərin diplomuna sahib ola bilərsiniz. Qiyabi magistratura proqramlarına müraciət üçün zəruri şərtlər universitetlər tərəfindən müəyyən edilir. Müraciət edərkən onları nəzərdən keçirə və lazımi sənədləri toplayaraq təqdim edə bilərsiniz. Ancaq ənənəvi tədrisdən fərqli olaraq qiyabi təhsildə sizdən xarici dil və ya ALES balları tələb olunmur. Bakalavr təhsili üzrə ortalama bal göstəricinizlə istədiyiniz universitetlərə müraciət edə bilərsiniz. Qardaş ölkədə aşağıdakı universitetlərdə qiyabi magistr təhsili almaq mümkündür.

Tezisli qiyabi magistr proqramları

Tezisli qiyabi magistr təhsil proqramlarının sayı məhdud olsa da, gələcəkdə artırılacağı gözlənilir. Hazırda tezisli qiyabi magistr proqramları isə aşağıdakılardır.

  • Afyon Kocatepe Universiteti: İnternet və informasiya texnologiyalarının idarə edilməsi 
  • Ege Universiteti: Kurikulum və təlimatlar, Biznesin idarə edilməsi, iqtisadiyyat
  • İstanbul Universiteti: İnformatika, maliyyə, mədəni irs sahələrinin idarə edilməsi
  • İstanbul Kültür Universiteti: Distant təhsil bölməsi
  • Maltepe Universiteti: Biznes proqramları

Tezissiz qiyabi magistr proqramları

Tezissiz onlayn magistr proqramlarının mövcud olduğu universitetlərin sayı isə daha çoxdu. Bəzilərinin adlarını təqdim edirik.

  • Akdeniz Universiteti
  • Altınbaş Universiteti
  • Amasya Universiteti
  • Anadolu Universiteti
  • Ankara universiteti
  • Atatürk Universiteti
  • Bartın Universiteti
  • Başkent Universiteti
  • Çanaqqala Onsekiz Mart Universiteti
  • Dokuz Eylül Universiteti
  • İstanbul Aydın Universiteti və s.

Türkiyədə magistratura üzrə təhsil haqqları nə qədərdir?

Təhsil haqqının məbləği universitetlərə görə dəyişir. Minimum halda 500 manatdan başlayaraq artır. Təbii ki, burada universitetin özəl və ya dövlət olması, ixtisas seçimi, tezisli və tezissiz proqram olması önəm daşıyır. 

Türkiyədə magistr oxumaq tələbələrə nə qazandırır?

Qardaş ölkə təhsil səviyyəsini sürətlə yüksəldərək dünya universitetlərinə meydan oxuyur. Eyni zamanda Avropayla müqayisədə daha münasib təhsil haqqı ilə gənclərə geniş təcrübə, bilik və bacarıqlar qazanmaq imkanları təqdim edir. Həmçinin tədrisin sonunda bütün tələbələr beynəlxalq diplomla təmin olunur ki, bu da məzunlara dünyanın istənilən nöqtəsində karyera qurmağa şərait yaradır. Eyni zamanda unutmaq olmaz ki, qardaş ölkə dil, mədəniyyət oxşarlığını, qonaqpərərliyi bölüşdüyümüz bölgələrdəndir. Özünüzü Türkiyədə evinizdəki kimi hiss edəcəksiniz. 

Türkiyədə imtahansız magistraturaya qəbul olarkən burs qazanmaq mümkündürmü?

Qardaş ölkə magistratura proqramı üzrə beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim edir. Onlar arasında ən məşhuru yanvar-fevral aylarında qeydiyyatına start verilən Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür. Bundan başqa TÜBİTAK təqaüdləri aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Əcnəbilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı

ERASMUS təqaüd proqramına necə müraciət edilir?

Erasmus təqaüd proqramı bütün dünyada gənclər arasında ən sevilən və məşhur olan xaricdə təhsil formasıdır. Bu proqram tələbələrin təhsil, yaşayış, asudə zamanlarının dəyərləndirilmə və s. xərclərini qarşılayır ki, müraciət olunan ölkəyə görə təqaüdün maliyyələşdirdiyi xərclərin əhatə dairəsi də genişlənə bilir. Erasmus mübadilə proqramı ilə magistr təhsili almaq istəyən tələbələr müəyyən şərtlərə cavab verməlidirlər. Beləliklə, arzuladığı xarici ölkədə, şəhərdə, universitetdə Erasmus təqaüdlərindən yararlanmaq istəyənlər üçün tələblər aşağıdakılardır:

  • Magistratura təhsilinin birinci ilini bitirmiş olmaq
  • Bir tədris ilində ümumilikdə 60 kredit götürmək
  • Daha əvvəl Erasmus proqramlarından birində iştirak etməmək
  • Erasmus proqramına daxil olan şöbədə təhsil almaq
  • Akademik qiymət ortalaması magistratura pilləsi üzrə Erasmus tələbələri üçün 4,00 baldan ən azı 2,50-dən az olmamalıdır.
  • Xarici dil biliklərinə sahib olmaq

Qeyd olunan şərtlər Türkiyədə bu proqramdan yararlanmaq istəyənlər üçün də keçərlidir. Bundan başqa qardaş ölkədə Erasmus proqramını dəstəkləyən universitetlər aşağıdakılardır.

  • Abant İzzət Baysal Universiteti
  • Afyon Kocatepe Universiteti
  • Akdeniz Universiteti
  • Anadolu Universiteti
  • Ankara Universiteti
  • Atatürk Universiteti
  • Atılım Universiteti
  • Bahçeşehir Universiteti
  • Balıkesir Universiteti
  • Başkent Universiteti
  • Beykent Universiteti
  • Bilkent Universiteti
  • Boğaziçi Universiteti
  • Çanakkale Onsekız Mart Universiteti
  • Çukurova Universiteti
  • Dicle universiteti
  • Dokuz Eylul Universiteti
  • Ege universiteti
  • Erciyes Universiteti
  • Qalatasaray Universiteti
  • Qazi Universiteti
  • Qaziantep Universiteti

Türkiyədə imtahansız necə magistr təhsili almaq olar?

İlkin olaraq bakalavr təhsilinə aid GPA göstəricinizlə müraciət edə bilərsiniz. Daha sonra xarici dil biliyi sertifikatınızı və digər zəruri sənədləri təqdim etməlisiniz.

Türkiyədə magistr təhsili üçün hansı sənədlər tələb olunur?

ALES imtahanı nəticəsi (tezisli proqram üçün)
Bakalavr diplomu
4 cü kursda təhsil alan tələbələr universitetdən transkript və arayış
Xarici dil sertifikatı
CV
Fotoşəkil
2 ədəd tövsiyyə məktubu
Şəxsiyyət vəsiqəsi

Türkiyədə magistr təhsil haqqları nə qədərdir?

Təhsil haqqının məbləği universitetlərə görə dəyişir. Minimum halda 500 manatdan başlayaraq dəyişir.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button