Şeirlər

Ata seiri

Ata seiri axtaranlar üçün ən maraqlı atalar haqqında yazılan şeirləri bir araya toplayaraq sizə təqdim edirik.

1️⃣ Yasin Yazar | Ata Şeiri

Ata 3 hərifli Böyük Dünyadı,
Özü olmasa da adı silinməz,
Baxma ən müqəddəs İnsan Anadır,
Atasız bir uşaq yarana bilməz !

Ata övladının qolunda qüvvət
Yolunda nur kimi saçan çıraqdı
Bir Ata nə qədər gücsüz olsa da
Övladın gözündə ən böyük dağdı.

Ata müqəddəsdi, ata zirvədi
Övlad o zirvəyə ələnən qardı.
Qırışmış əllərdə, ağarmış saçda,
Gör neçə illərin zəhməti vardı.

Aldın hər bir şeyin ən yaxşısını,
Qoymadın kimdənsə geridə qalaq,
Bağışla ay Ata, qurbanın olum,
Ağarmış saçının səbəbkarıyam.

Allahdan başqası əbədi deyil,
Bir ömür ağılda saxlayın bunu,
Əyilməz polad da əyilir demək,
Atam qocaldıqca anladım bunu.

Dünyanın ən ağır xəstəsi olsa,
Yenə də övladın alır qadasın.
Atasız olana yetim deyərlər.
Allah heç bir kəsi yetim qoymasın


2️⃣ MƏNIM ATAM | Elçin Bağırov

Zəhmi ağır, özü ipək,
Əllər dəmir, ürək kövrək,
Gündə yanmış rəngi tunc tək,
Belə idi mənim atam.
Bir az ciddi, bir az şəndi,
Gözləri tox, ürək gendi,
Cib boş idi, qəlb zəngindi,
Belə idi mənim atam.
Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.
Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.
Söz-söhbəti şəkər, noğul,
Danışardı çoxlu nağıl,
Hər nağılı hikmət, ağıl,
Belə idi mənim atam.
Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam.


3️⃣ Salam, ay Ata

Nə müddətdir uzağam,
Gülüşündən, səsindən.
Qayğılı baxışından,
Narahat nəfəsindən,
Salam, ay ata, salam.

Övlad, əlindən çıxıb,
Suya düşən balıqdır.
Qonşudan yadam sənə,
Nə ata-balalıqdır,
Salam, ay ata, salam.

Mən ərsəyə çatınca,
Sən nələr düşünmüsən.
Saysız əzablar çəkib,
Qəm atına minmisən,
Salam, ay ata, salam.

Vəzifəmi, borcumu,
Elə bilmə, qanmıram.
Həyat elə həyatdı,
Borcundan çıxammıram,
Salam, ay ata, salam.

Uçmuşuq yuvamızdan,
Qanadlanmış qış kimi.
Yadıq bir-birimizə,
Bahar ilə quş kimi,
Salam, ay ata, salam.

Bu işıqlı dünyanı,
Yurdu bəxş etdin mənə.
Bir quruca salam da,
Verə bilmirəm sənə,
Salam, ay ata, salam.

Bəlkə də, inciyirsən,
Xətrinə dəyirəm mən.
Hər gün divardan baxan,
Şəklinə deyirəm mən:
— Salam, ay ata, salam!


4️⃣ Ay Ata | Cavid Qurbanov

Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.


5️⃣ “ATA” | Ziya Fədai

Düşündüm, yazım ki, hansı mövzudan?
Məndən razı qalsın, dünyanı quran.
Vəsvinə söz tapmaq çətin olsa da,
Ürəyim hökm etdi, yaz Atalardan.
Düzü, heç bilmirəm nələr yazım ki,
Hissimi sətirlər dilə gətirsin.
Qələm canlandırıb Ata obrazın,
Qayğıkeş bir Ata cildinə girsin.
Xəyalım gəzdikcə, söz sorağında,
Gah sevinc, gah hüzün tapıb, gətirdi.
Neçə uşaq gördüm, Atalı idi.
Neçəsi ağlayıb, Ata deyirdi.
Onda anladım ki, gülən üzləri,
Kədərdən qoruyan pərdədir, Ata.
Arxasız, dayaqsız, köməksiz kəsi,
Dağ kimi qoruyan qüvvədir, Ata.
Elə bir ocaqdır, hərarətindən,
Ata söyləyəndə, titrəməz səsin.
Gəl ki, əllərini isidə bilməz,
Heç zaman, yad insan, Atasız kəsin.
Nə olar Allahım, başqa dünya qur.
Heç kimin Atalı günü bitməsin.
Sarılıb məzara, darıxdım deyib,


6️⃣ “Ata” | Ülvi İbrahimov

Bəxş edibdir böyük Allah necə qüdrət ataya,
Baş əyir, təzim edir dəhridə xilqət ataya.
Bir şərəfdir deyim hər addımı izzət gətirir,
Övladın yolunda hər çəkdiyi zəhmət ataya.
Bir ömür canı fəda eyləyir övladə görə,
Atalıq adı olannan sora qismət ataya.
Sözümün məntiqi yoxdur onu məth eyləməyə,
Qələmin qüdrəti çatmır verə surət ataya.
Hər sözündə bir həqiqət dayanır dərk etsən,
Kimsə yox fani həyatda ola nisbət ataya.
Ülvi bil, nadan o kəsdir danır haqqın atanın,
İtirir zəhmətini qoymayır hörmət ataya.

Bənzər mövzular:

4.7/5 - (34 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button