Xaricde Tehsil

Attestatla Türkiyədə təhsil almaq qaydaları və üstünlükləri

Uğurlu gələcək hədəfləri olan hər bir abituriyent üçün universitetə qəbul olmaq böyük önəm daşıyır. İllərlə imtahanlara hazırlaşar, hər imtahan sualını diqqətlə araşdırmağa, öyrənməyə çalışarıq. Çünkü çəkilən zəhmətlərin sonunda bizi xəyallarımızdakı həyatın gözlədiyini bilirik. Bəzən həyəcan, müxtəlif səbəblərdən topladığımız ballar arzularımıza doğru addımlamaq üçün kifayət etməz. Bu zaman ruhdan düşmək, xəyallarından imtina etmək lazım deyil. Unutmaq olmaz ki, həyat bağlanan hər qapının ardından mütləq ki, üzümüzə başqa yeni qapılar açar. Ən əsası isə hamımızın uğur şansı müxtəlif formalarda bizə doğru gələr. Önəmli olan doğru zamanda həmin fürsəti dəyərləndirməkdir. Qardaş ölkədə belə məqamlarda gənclərə dəstək məqsədi ilə tək attestatla Türkiyədə təhsil almaq imkanları yaradır. Bu zaman təhsil həyatınıza tamamilə sıfırdan başlamaq şansınız olur. Bəs bunun üçün hansı tələblər var? 

Attestatla Türkiyədə təhsil almaq üçün nə etməli?

Yuxarda qeyd etdiyimiz kimi, tək attestatla Türkiyədə təhsil almaq mümkündür. Bu zaman hər bir tələbəyə arzuladığı ixtisası, şəhəri, universiteti seçmək şansı da yaradılır. Eyni zamanda istənilən tədris üsulunda (əyani, qiyabi, distant) yüksək səviyyəli təhsildən yararlanmaq mümkündür. Ancaq təhsil ekspertləri gənclərə sadəcə attestatla Türkiyədə təhsil almaq imkanlarını əyani formada dəyərləndirməyi məsləhət görür. İllik təhsil haqqlarının münasib olması, gediş-gəlişin, yaşayış xərclərinin sərfəliliyi cəhətdən tələbələr fərqli şəhərlərdə böyük təcrübə qazanmaq imkanı əldə edir. Dünyanın dörd bir yanından gələn tələbələr sayəsində özünüzə yeni dostlar qazana bilərsiniz. Bəzən qurulan yeni dostlar gələcəyin böyük uğurlu layihələrinin ilk başlanğıcı olur. Təbii ki, əgər həyat planlarınız daha fərqlidirsə qiyabi və ya distant təhsil üsuluna da müraciət edə bilərsiniz. Attestatla Türkiyədə təhsil almaq üçün dövlət, özəl və vəqf universitetlərində müxtəlif ixtisaslar üzrə qəbullar aparılır. Ali təhsil ocaqları rəsmi saytlarında qeydiyyat tarixlərini öncədən elan edirlər. Zəruri sənədləri toplayaraq təqdim etməyiniz kifayət edir. 

Attestatla Türkiyədə təhsil alarkən diplomlar sonda tanınırmı?

Attestatla Türkiyədə təhsil almağa başlayan gənclər ilk gündən digər tələbələrlə eyni anda dərslərə qoşulur. Onlara tədris üsulunda, qruplarında heç bir fərq qoyulmur. Tədris ilinin sonunda da bütün tələbələr beynəlxalq diplomlarla təmin olunur. Bu isə, ölkəmizdə və ya istənilən Avropa ölkəsində diplomlarınızın rəsmi şəkildə tanınması deməkdir. beləliklə, arzuladığınız şəhərlərdə karyera qurmağınız üçün bütün qapılar üzünüzə açılır.

  • Attestatla Türkiyədə təhsil almaq üçün hansı sənədlər tələb olunur?
  • Attestat (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış)
  • Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı
  • Fotoşəkil 3×4 ölçüsündə (12 ədəd)
  • Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

Attestatla Türkiyədə təhsil almaq üçün hansı universitetlərə müraciət etmək lazımdır?

Attestatla Türkiyədə təhsil almaq şansı qardaş ölkənin dövlət, özəl, vəqf universitetləri tərəfindən rəsmi şəkildə dəstəklənir. Gənclərin öz gələcək planlarını müəyyən edərək o istiqamətdə olan peşələrin ixtisaslaşdığı universitetlərə müraciət etmələri faydalıdır. Əgər ixtisas və ya ali təhsil ocağı seçməkdə çətinlik çəkirsinizsə təhsil ekspertlərinə üz tutmağınız önəmlidir. Onlar sizə gələcəyin prestijli və gəlirli peşələrinin siyahısını, ən nüfuzlu universitet seçimlərini təqdim edəcək. Qeyd edək ki, tək attestatla Türkiyədə təhsil alaraq arzuladığınız bütün ixtisasların beynəlxalq diplomuna sahib ola bilərsiniz. 

Atestatla Türkiyədə təhsil almaq üçün qardaş ölkənin tələbə yönümlü şəhərləri hansılardır?

Attestatla Türkiyədə təhsil imkanlarını dəyərləndirərkən tələbələrə sevgi dolu qollarını açan şəhərlərə üz tutmağınız önəmlidir. Burada gəncləri rəngarəng şəhər həyatı, tələbələr üçün müxtəlif endrimlər, zəngin klitabxanalar, layihələr, yeni əcnəbi dostlar, geniş karyera imkanları gözləyir. 

  • Ankara
  • Antalya
  • Adana
  • Aydın
  • Çanakkale
  • Düzce
  • Denizli
  • Eskişehir
  • Giresun
  • İstanbul
  • İzmir
  • Ordu

Attestatla Türkiyədə təhsil almaq üçün təhsil haqqları necə dəyişir?

Türkiyə universitetləri Avropa ölkələri ilə müqayisədə illik təhsil haqqının münasib olması ilə fərqlənir. Belə ki, bakalavr pilləsi üzrə illik təhsil haqqları 500-800 manatdan başlayaraq universitetlərə və ixtisaslara görə dəyişə bilir. Tələbələrə ildə iki dəfə hissə-hissə ödəmək imkanı yaradılır. Eyni zamanda müxtəlif universitetlərdə təqaüd qazanmaq şansınız da var.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button