Xaricde Tehsil

Avropada magistr təhsili

Hazırki dövrümüzdə ölkəxaricində ali təhsil almaq əksər insanlar üçün uğurlu karyeranın bünövrəsi, cəmiyyətdə nüfuza zahib olmaq və yüksək maaş qazanmaq hesab olunur. Lakin təəssüf ki, bir çox gənclər bu arzulara çatmaq üçün maksimum təhsilə enerji sərf etmək və getdiyi hədəfi daha aydın görməli olduğunu anlamır.

Bir çoxları düşünür ki, Avropada təhsil almaq hər zaman əlçatan deyil. Əsas səbəbi bakalvr təhsilini aldıqdan sonra artıq həyatın çətinlikləri ilə üz-üzə qalıb, orta həcmli maaşla bu təhsili almaq çətin gəllir. Gələcəyinə vecsiz yanaşmayanlar isə xaricə necə universitetə qəbul olub, diplom almaq haqqında düşünür.

ABŞ, İngiltərə, İsveçrədə təhsil almaq daha təlabatlı və prestijli hesab olunur. Baha olmayan təhsili hazırda Almaniyada, Avstriyada, İspaniyada, Hollandiyada, İsveçdə və digər avropa ölkələrində mümkündür.

Xaricdə məşhurluğuna və qlobal olmasına görə ingilis dilində təhsil almaq üstünlük təşkil etsə də, alman, ispan, fransız, italiyan, holland, çin dilində danışmağı bacaran tələbələr magistr təhsillərini bu dillərdə almağa üstünlük verirlər.

Bəs avropada magistr ilə yanaşı ali təhsil neçə mərhələdən ibarətdi?

11 illik təhsildən sonra (yəni məktəbi bitirdikdən sonra) ali təhsil növbəti pillələrə bölünür: bakalavr, magistr, ikinci ali təhsil.

Gəlin aşağıdakılar ilə ətraflı tanış olaq:

1. Foundation, Pathway – 11-ci sinifdən sonra xaricdə təhsil almaq istəyən yeniyetmələr və tələbələr üçün
Bu hardasa universitetə hazırlıq kurslarını xatırladır. Lakin milli analoqlarından fərqli olaraq (haradakı əsas məqsəd qəbula hazırlamaqdır), xaricdə ilkin mərhələ baza təhsil səviyyəsini təqdim edir. Proqram bu mərhələni mütləq keçməyi tələb edir və özündə əlavə 1 il təhsili cəmləşdirir (yəni onlar hesab edir ki, 11 illik məktəb təhsili kifayət deyil).

2. Bakalavr

Xaricdə bakalavr təhsili kimi birinci və ikinci təhsili almaq mümkündür.

3. Pre – Masters
Köhnə təhsil sistemindən bizə tanış olan “Aspirantura”nı əvəz edir. Xaricdə oxumağı davam etmək istəyənlər üçün hazırlıq kursu hesab olunur.

4. Magistratura
Magistratura adətən 1 ildən 3 ilədək davam edir. Bu illər ərzində şəxsi layihənin reallaşdırılması üçün araşdırılma işləri aparılır.

5. MBA
MBA- magistrları müxtəlif biznes sahələrində hazırlaşdırmaq üçün xüsusiləşdirilmiş proqramdır. Adətən 2 il müddətində davam edir, təqdim etdiyi bilik isə orta və ya yüksək səviyyəli menecerlərin hazırlanmasına köməklik göstərir.

6. University Transfer Programme və ya University Pathway Programme

Bakalvra hazırlamaq üçün proqramdır. Bu proqramla dərhal xarici universitetin 2-ci kursundan təhsilə başlamaq mümkündür.

7. Genişləndirilmiş kurslar.

Müxtəlif əlavə proqramlar, hansılar ki, əlavə biliklərin alınmasına və kvalifikasiyanın yüksəldilməsinə yönəlib. Əlavə kvalifikasiya sizə daha yüksək vəzifəyə yüksəlməyə və uğurlu karyera qurmağa kömək edəcək.

Avropada ali təhsilin müsbət və mənfi cəhətləri

Müsbətlər

Xaricdə ali təhsil – ilk növbədə müəllimlərin yüksək səviyyəli elmi və pedaqoji səviyyəsidir, hansıların ki, kvalifikasiyası genişmiqyası və strukturlaşmış təhsilin zəmanətidir. Həmçinin avropada təhsil uzun əsrli adətlərin öyrənilməsinə, yeni əlaqələrin qurulmasına gətirib çıxarır. Bu da öz növbəsində avropada təhsil aldıqdan sonra işə düzəlmək üçün gözəl dəstək olacaq sizə.Mənfi tərəfləri
Sözsüz ki mənfi  maddi vəziyyətidir.  Təcrübə onu göstərir ki, daha əlçatan variantlar da var: Almaniya, Avstriya, İspaniyada təhsil. Həmçinin müxtəlif təqaüd proqramlarına qoşularaq, təqaüd qazanıb ödənişsiz təhsil almaq mümkündür.

Ən mühim məsələ isə avropada təhsil alarkən mütləq sənədləşməni doğru etmək lazımdır. Yanlış dokumentasiya zamanı sizə imtina gələ bilər. Buna görə də bütün işləri bizə həvalə edə bilərsiniz ki, heç bir problem yaşamayasınız.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button