Qarabaga Aid Seir
Bu paylaşımda Doğma yurdumuz Qarabağa aid ən gözəl şeirləri sizlər üçün bir yerdə cəmlədik. Qarabaga aid seirler onun gözəlliyini, sahib olduğu bənzərsiz nemətləri ən xoş sözlərlə təsvir edir, həmçinin Qarabağa gedən şanlı zəfər yolunu bir daha bizlərə xatırlatmış olur.
Mündəricat:
1. Könlüm keçir Qarabağdan | Səməd Vurğun
2. Qarabağ bizimdir bizim olacaq ! | Elvin Elxanoğlu
3. Qarabağ artıq azaddır | Elvin Elxanoğlu
4. QARABAĞ | Şəlalə Camal
5. Qarabağ Azərbaycandır! | Tural Rəhmanlı
6. Qarabağ şeiri
7. Gedək çıxaq, Qarabağa! | İlham Musa oğlu.
8. Qarabağ əbədi Azərbaycandır!” | Hüseyn Bağıroğlu
1️⃣Könlüm keçir Qarabağdan | Səməd Vurğun
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
2️⃣ Qarabağ bizimdir bizim olacaq ! | Elvin Elxanoğlu
Qanla tarix yazır şanlı ordumuz,
Günbəgün qayıdır ata yurdumuz.
Erməni rədd ol get, bəsdir durdunuz,
Qarabağ bizimdir, bizim olacaq!
İllərdir deyirik rədd olun gedin,
Demədik Şuşada meymunluq edin.
Sonunda başına yumruğu yedin,
Qarabağ bizimdir, bizim olacaq!
Paşinyan qudurub yallı gedirdi,
Ağlı nə kəsirdi onu edirdi.
Dur gəl Füzulidə rəqs elə indi,
Qarabağ bizimdir, bizim olacaq!
Türkük biz ölmürük, şəhid oluruq,
Bizlər bir öləndə, min doğuluruq.
İti qovan kimi sizi qovuruq,
Qarabağ bizimdir, bizim olacaq!
3️⃣ Qarabağ artıq azaddır | Elvin Elxanoğlu
Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!
Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!
Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!
4️⃣ QARABAĞ | Şəlalə Camal
Hər sətiri, hər misrası
Dolur ruha aram – aram.
Havalanır Xanın səsi,
Qəlbimdə Sağalan yaram,
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Şuşam, Zəngilanım mənim,
Xocalım, Xocavəndim mənim,
İstisulu Kəlbəcərim,
Qurbanın olaram sənin.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Qubadlı cənnət məkanı,
Cəbrayılım gəl – gəl deyir.
Laçının gözü yoldadır,
Füzuli həsrətim mənim.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Ağdərəmdən danış gəlsin,
Ağdamım nura bələnsin.
Vətənimdə himn səslənsin,
Ali baş komandanım desin:
Bu torpaqlar qandır, candır
Qarabağ Azərbaycandır!
Gözün aydın yurd ellisi,
Torpaqlarımız azaddır.
Artıq bütün dünya bilir,
Qarabağ Azərbaycandır!
5️⃣ Qarabağ Azərbaycandır! | Tural Rəhmanlı
İlham yönün seçdi qəti
Haqq yolu xalqın qisməti
Səsləndirdi həqiqəti
Qarabağ Azərbaycandır!
Aşdıq daşı, aşdıq dağı
Qorxusundan qaçdı yağı
Ucaltmışıq hür bayrağı
Qarabağ Azərbaycandır!
Uzun yollar keçib gəldik
Şəhidliyi seçıb gəldik
Bayrağa and içıb gəldik
Qarabağ Azərbaycandır!
Neçə aya, neçə ilə
Səs saldıq biz yurda, elə
Damarda qan dönsə selə
Qarabağ Azərbaycandır!
Vətən övlad ayırmadı
Soyu namus, şərəf adı
Viran eləmişik yadı
Qarabağ Azərbaycandır!
Xəbərim var hər ayından
Araz çayın o tayından
İgidlərin harayından
Qarabağ Azərbaycandır!
Hər yanda var igidlərin
Sağın isti, solun sərin
Şahid durub Xudafərin
Qarabağ Azərbaycandır!
Tarixdən çox danışdılar
Yalanlarla alışdılar
Gizlətməyə çalışdılar
Qarabağ Azərbaycandır!
Düşmən çaşdı düzün dedi
Yalanların yüzün dedi
Baş komandan sözün dedi
Qarabağ Azərbaycandır!
İki bayraq dalğalandı
İki dövlət bir oyandı
Dəfələrlə sadalandı
Qarabağ Azərbaycandır!
Haqq yoluna iman etdik
İllər boyu güman etdik
Həgiqəti bəyan etdik
Qarabağ Azərbaycandır!
6️⃣Qarabağ şeiri
Laçın deyir: can ay Şuşa!
Eşidirsən ayaq səsi?
İgidlərin qırıb tökür,
Bu erməni şərəfsizi!
Xəbər göndər Qubadlıya
Qoy bu gecə oyaq olsun.
Gələn əsgər bizimkidi
Dağlarında dayaq olsun.
Cəbrayıldan xoş xəbər var.
Deyirlər ki, azad olub.
Qovuşubdu övladıyla
Gözəl elim, gözəl obam,
Azərbaycan, Azərbaycan…!!!
7️⃣ Gedək çıxaq, Qarabağa! | İlham Musa oğlu.
Ulu xalqım, Ulu millət.
Səndə vardır, hünər, qeyrət.
Arxanda da durur dövlət,
Hücum çəkək, sola-sağa,
Gedək çıxaq, Qarabağa!
Qarabağdır ürəyimiz,
Qarabağ duz,çörəyimiz.
Xoş müjdəli diləyimiz,
Biz bağlıyıq, bu torpağa,
Gedək çıxaq, Qarabağa!
Yandırağın odumuzu,
Ruhlandıraq, ordumuzu,
Azad edək, yurdumuzu.
Vətən düşsün səs-sorağa
Gedək çıxaq, Qarabağa!
Ermənini susdurağın,
Yediyini qusdurağın,
Birdəfəlik basdırağın,
Hara gəldi,düzə-dağa,
Gedək çıxaq, Qarabağa!
Qanlı döyüş, müharibə,
Düşmənlərə vuraq zərbə,
Yaxınlaşır tam qələbə,
Artıq baxın tək qabağa,
Gedək çıxaq, Qarabağa!
Qürurludur, əsgərimiz,
Al günəşli səhərimiz,
Olmayacaq dərd-sərimiz,
Girməliyik cənnət-bağa,
Gedək çıxaq, Qarabağa!
Şuşa bizim qibləmizdir,
Obamızdır, elimizdir,
Ağzımızda dilimizdir,
Qurban olum, o ocağa,
Gedək çıxaq, Qarabağa!
Paşinyanın qanı batıb,
Az qalıbdır, sonu çatıb,
Bu günədək, o baş qatıb,
Qulağında etsin sırğa,
Gedək çıxaq, Qarabağa!
Fərəhlənir, İlhamımız,
Sevinirik, biz hamımız,
Hər ulduzlu axşamımız,
Dönəcəkdir, çil-çırağa,
Gedək çıxaq, Qarabağa!
Gedək çıxaq, Qarabağa!
8️⃣ Qarabağ əbədi Azərbaycandır!” | Hüseyn Bağıroğlu
Gecə-gündüz Xəzərin sahilində
Araza qovuşan çay pıçıldayır;
Ulu kainatın ulu dilində
Gündüz Günəş, gecə Ay pıçıldayır:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Biz savaş eşqini qoymarıq dincə,
Bizim ömrümüzün mənasıdı bu.
Biz bu dünyaya gəlmədən öncə
Bizim ruhumuzun duasıdı bu:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Gəlmədik dünyaya ağlamaq üçün,
Sıxa bilməz bizi bir küncə dünya.
Əbədi yadında saxlamaq üçün,
Qoy bir də eşitsin bu qoca dünya:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Oxşar şeirlər